Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Noyabrın 9-da Azərbaycanla Ermənistan arasında iki yeni sənəd imzalanacaq  - ŞOK İDDİA
23 Okt 2021 01:12
8137

Noyabrın 9-da Azərbaycanla Ermənistan arasında iki yeni sənəd imzalanacaq - ŞOK İDDİA

9 noyabr 2021-ci il tarixində Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.

1. İkitərəfli qaydada sərhədlərin və ərazi bütövlüyün tanındığı müqavilə: sərhədlər 1920-ci il Sovet xəritəsinə əsasən müəyyənləşəcək;

2. Kommunikasiyaların açılması: bu barədə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə yekun razılıq əldə olunub; bura Azərbaycan və Naxçıvan arasındakı rabitə də daxildir.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil: proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır; kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır və bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir;

Bu baxımdan, erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir: 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür.

Asif Nərimanlı

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər