25 Sentyabr - 05:41
“Orada Azərbaycan Prezidenti də olacaq” - Açıqlama 

“Orada Azərbaycan Prezidenti də olacaq” - Açıqlama 

Siyasət

23 Sentyabr 2022 15:21 29800


“Birincisi, bu görüşü Türkiyə tərəfi təklif etməyib. Türkiyə Prezidentinin sözlərinə görə, o, Paşinyanla görüşün mümkünlüyü barəsində telefon danışığında fikir bildirib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov deyib. Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Çexiyanın paytaxtı Praqada keçirilməsi planlaşdırılan mümkün görüş barəsində fikirlərə münasibət bildirib.

F. Məmmədov əlavə edib ki, əgər bu, Ermənistanın mövqeyində konstruktivliyə şərait yaradacaqsa, əlbəttə ki, Rusiya, ABŞ və digərlərindən fərqli olaraq daha yaxşı olar ki, elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşsün:

“Bildiyiniz kimi, görüş Praqada planlaşdırılıb. Orada həm də Azərbaycan Prezidenti olacaq. Ona görə də belə görüşlərin keçirilməsi, əgər Ermənistanın mövqeyini daha da konstruktivləşdirəcəksə, niyə də yox? Çünki Türkiyənin mövqeyində Azərbaycan tərəfindən tam əminlik var. Prezident Ərdoğan da bunu bildirib ki, bu görüşlər Azərbaycan koordinasiya şəklində həyata keçirilir”.

Siyasi şərhçi vurğulayıb ki, son dövrlərdə ABŞ tərəfindən atılan addımlar və verilən bəyanatlar Ermənistan rəhbərliyində yenə də bir sıra xülyaların yaranmasına səbəb olub:

“Belə görüşlərin keçirilməsi isə bu xülyaların reallıqlarla qarşılaşması deməkdir. Bunun nəticəsində Ermənistan yenidən reallığa qayıdaraq Azərbaycanın təkliflərini qəbul edə bilər”.

Analitik düşünür ki, bu görüşlərin nəticəsində Ermənistanı destruktiv mövqedən çəkindirmək mümkün olsun.

“Amma Ermənistan rəhbərliyinin mövqeyi və BMT Baş Assambleyasında Nikol Paşinyanın çıxışı onu göstərir ki, bu ərazi iddiası məsələsi, status və s. ABŞ tərəfindən mərhələli şəkildə dəstəklənir və o da dəyişən deyil. Belə olan təqdirdə, əlbəttə ki, Azərbaycan növbəti addımlarını birtərəfli qaydada həyata keçirməyə məcbur olacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!