YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Oyunların keçiriləcəyi stadion dəyişdirildi

Oyunların keçiriləcəyi stadion dəyişdirildi

İdman

25 Yanvar 2019 15:03 518


AVRO-2020-nin seçmə mərhələsindəki iki oyunun stadionu dəyişdirildi

Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki ev oyunlarından ikisinin stadionu dəyişdirilib. 

“Yen Sabah” xəbər verir ki, iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya ilə nəzərdə tutulan qarşılaşmalar "Bakcell Arena"da təşkil olunacaq. Bu addım atılarkən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!