Paraqvaylı futbolçu Azərbaycan klubunda

Paraqvaylı futbolçu Azərbaycan klubunda

İdman Veb saytların hazırlanması

27 Yanvar 2019 16:43 928


“Zirə” heyətini yeni hücumçu ilə gücləndirir. Paytaxt klubu paraqvaylı forvard Xulio Sezar Rodriqesi heyətinə qatmağa hazırlaşır.

28 yaşlı futbolçu artıq komandanın düşərgəsindədi. O, bu gün Antalyadan komanda ilə birgə Bakıya gələcək. Yaxın günlərdə Rodriqeslə ilyarımlıq müqavilə imzalanacaq.

Qeyd edək ki, Xulio Sezar peşəkar karyerasına 2010-cu ildə Argentinanın “Defensa Xustisiya” klubunda başlayıb. Sonralar o, “Berasateqi”, “Dorados de Sinaloa”, “Tixuana”, “Qodoy Krus”, “Yunion Santafe”, “Arsenal de Sarandi”, “Almaqro” kimi komandalarda da forma geyinib. Rodriqes 2018-ci ildən bəri Paraqvayın “Deportivo Kapiata” klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 11 oyuna çıxıb, 3 qola imza atıb.

 Sport24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!