26 May - 13:00
Paşinyan indi nə istəyir? – Nikolun sirr kimi saxlanan təklifi

Paşinyan indi nə istəyir? – Nikolun sirr kimi saxlanan təklifi

Siyasət

19 Yan 2022 10:40


Son günlər Ermənistan mediasında səs-küyə səbəb olan əsas məsələlərdən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın demakrasiya və delimitasiya ilə bağlı səsləndirdiyi təklifdir.

“Yeni Sabah” bildirir ki, hələlik bu təklifin nədən ibarət olması ictimaiyyətə açıqlanmayıb. 

Ötən gün Ermənistan Milli Məclisinin vitse-spikeri Rubin Rubinyan da öz açıqlamasında bu təkliflərin tam olaraq nədən ibarət olduğu haqda heç nə bilmədiyini söyləmişdi. 

Analoji bəyanatdan sonra Ermənistan müxalifəti siyasi kluarlarda özünəməxsus çıxışlar edərək hakim “Vətəndaş müqaviləsi” partiyasının ünvanına tənqidlər yağdırmağa başlayıb. “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın sözlərinə görə, Paşinyanın təklifi ölkəni uçuruma sürükləyir və bu birbaşa “Artsax”ın itirilməsi deməkdir. 

Öz növbəsində müxalif “Hayastan” fraksiyasının üzvü Andranik Tçanyan da müxalif həmkarlarının səsinə səs verərək hakimiyyət komandasının irəli sürdüyü, lakin təfərrüatları hələ də bəlli olmayan bu təklifi qınayıb.

Amma onlar da tənqid etdikləri bu təklifin nədən ibarət olduğunu dilər gətirmirlər.

Elə bu zəmində Ruben Rubinyanın açıqlamasında qeyd olunan digər faktorlardan biri də budur ki, mövzu haqda əsas məğzi məhz Rusiyanın XİN rəhbəri Sergey Lavrov bilir. Lavrov isə keçirdiyi mətbuat konfransında deyib ki, proseslər mürəkkəb olacaq.

Yaxşı, proseslərin mürəkkəb olmasının səbəbi nədir? Paşinyanın Bakıya göndərdiyi yeni təklif nədən ibarətdir? Detallar niyə açıqlanmır? Ümumiyyətlə, bu təklif Bakıya rəsmi və ya qeyri-rəsmi olaraq təqdim edilibmi? Suallar açıq qalır...

Xatırlayırsınızsa, 16 noyabr təxribatından dərhal sonra Rusiya prezidenti Vladimir Putin tərəfləri Soçiyə dəvət edərək yeni  görüş keçirdi. Burada bir sıra razılaşmalar da əldə edildi. Amma buna baxmayaraq, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi danışıqlarından sonra verilən açıqlamalarda bu prosesin bir müddət dayanacağı qeyd olundu. Səbəb isə qış fəsliydi, bəlkə də erməni tərəfinin ortaya atdığı yeni oyun...

Onu da qeyd edək ki, bu görüşdən əvvəl sərhəddəki gərginliyi qiymətləndirən Rusiya prezidenti Vladimir Putin alternativ olaraq sərhədə Rusiya sərhədçilərinin gətirilə biləcəyini də istisna etməmişdi. Elə həmin dövrdə “Hraparak” və digər müxalifyönümlü erməni xəbər saytlarında məlumat yayılmışdı ki, artıq rus hərbçiləri Qazaxın işğal altında olan kəndlərindəki erməni mövqelərinə yerləşiblər. Sonralar bu məsələ haqqında hər hansı məlumat verilmədi.

Ermənistan XİN-in verdiyi açıqlama isə Paşinyanın təklifinə alternativ olaraq sərhəddə xüsusi monitorinq sisteminin yaradılacağı barədə mümkün əsaslar dilə gətirilmişdi.

İndi isə ağıllarda tək sual var: Bir, Paşinyanın təklifi nədir? İki, bu təklifi Bakı qəbul edəcəkmi? Məsələni acı bağırsaq kimi uzatmağa çalışan Ermənistan rəhbərliyi, heç olmasa, sonunda Azərbaycanla komprosmilərə gələ biləcəkmi? Suallar çoxdur, lakin həmin suallar ətrafında səslənən teoriyalar isə ondan da çoxdur.

Rafi MÜSLÜMOV


Youtube kanalımız


Digər xəbərlər