Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Paşinyanın müavininin son açıqlamasını necə anlamaq olar? 
02 Dek 2021 08:12
7442

Paşinyanın müavininin son açıqlamasını necə anlamaq olar? 

"Laçın dəhlizi məsələsilə bağlı bənddə bu söz yer almasa da, Azərbaycanı Naxçıvanla birləşdirəcək kommunikasiyalar məsələsində "maneəsiz” sözü qeyd olunub. Onu da tərəflərdən hər biri müxtəlif səpkidə anlayır”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın "Heç bir eksterritorial dəhlizin təmin edilməsi nəzərdə tutulmur.

Regionda kommunikasiyalar açılsa, Ermənistan ərazisindəki dəmir və avtomobil yolları onun yuridiksiyasında qalacaq” fikrini səsləndirərkən nəyi nəzərdə tutduğunu aydınlaşdırarkən deyib:

"Maneəsiz” sözünün nəyi ifadə etdiyi müzakirə predmetidir. Cari ilin əvvəlində Azərbaycan humanist addım ataraq, Gorus-Qafan yolunu açdı. Belədə maneəsiz olaraq Ermənistan vətəndaşları Ermənistandan Ermənistana gedirdi. İran nümunəsində beynəlxalq yükdaşımaları da buradan həyata keçirilirdi. Lakin İrəvan "maneəsiz” ifadəsini özünəməxsus şəkildə anladığından, Azərbaycan "maneəli” fikir anlayışını Ermənistana nümayiş etdirməyə məcbur oldu”.

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan Gorus-Qafan yolunda ermənilər üçün sərbəst rejim nümayiş etdirdiyi kimi, həmin qaydada ölkəmizin qərb rayonlarından Naxçıvana gediş-gəliş üçün də sərbəst, maneəsiz rejim tətbiq edilməlidir:

"Amma İrəvan buna getmədi və Azərbaycan cavab olaraq Gorus-Qafan yolunda sərhəd-gömrük postu qurdu. Böyük ehtimalla Ermənistan tərəfi də öz ərazisindən keçən haqqında söhbət açdığımız kommunikasiyalara giriş-çıxışda Azərbaycanın Gorus-Qafan yolunda tətbiq etdiyi qaydaları tətbiq edəcək.

Ermənistan dəmir yollarının idarəsini 25 illiyə Rusiyanın Cənub Dəmir yoluna konsesiyaya verib. Amma maraqlı məqam odur ki, Mehri tərəfdə olan dəmir yolu Ermənistan dəmir yollarına daxil deyil. Həm də ermənilər ondan istifadə etmirdilər. Ona görə ki, həmin dəmir yolunun əvvəli və sonu Azərbaycan ərazisindən keçir. Belədə, həmin dəmir yoldan Azərbaycan olmadan heç kim istifadə edə bilməz. Laçın dəhlizi haqqında danışanda deyilir ki, Azərbaycan təhlükəsizlik zəmanəti verir. Burada nəzarəti isə Rusiya sülhməramlıları həyata keçirir. Amma Laçın dəhlizi üzərində yurisdiksiya Azərbaycana aiddir. Həmin ifadələrdən həmçinin, Azərbaycanın qərb rayonlarından Ermənistandan keçməklə Naxçıvana gedən kommunikasiyalar məsələsində də istifadə olunur. Yəni nə 10 noyabr, nə də 11 yanvar bəyanatları Ermənistanın öz ərazisindəki həmin dəhlizlər üzərində yurisdiksiyasını inkar etmir. Orada ifadə olunub ki, Ermənistan öz ərazisindən keçən yüklərin və insanların təhlükəsizliyinə zəmanət verir. Rusiya sərhədçiləri isə bu təhlükəsizliyə nəzarəti həyata keçirəcək”.

 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər