Pənah Hüseyndən Etibar Məmmədova cavab
12 İyn 2019 09:00
337

Pənah Hüseyndən Etibar Məmmədova cavab

“Mən Azərbaycanın gələcəyi naminə keçmişimizdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardanam”. 

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş baş nazir Pənah Hüseyn deyib. O, bildirib ki, son günlər 4 iyun hadisələri barədə heç də sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara bu barədə hər şeyi deyib və kifayətlənib: 

“Lakin, görünür bəziləri milli- demokratik düşərgənin bu xoş məramlı yanaşmasından yanlış nəticələr çıxarıb "boşluğu" doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər.

Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm”.

Xatırladaq ki, AMİP-in keçmiş lideri Etibar Məmmədov 4 iyun hadisələrindən danışan zaman Heydər Əliyevi Bakıya Pənah Hüseyn, İsa Qəmbər və Əbülfəz Elçibəyin dəvət etdiyini iddia etmişdi.

Oxşar xəbərlər