Prezident Administrasiyasından Xankəndi ilə bağlı XOŞ XƏBƏR

Prezident Administrasiyasından Xankəndi ilə bağlı XOŞ XƏBƏR

Siyasət Veb saytların hazırlanması

01 Oktyabr 2023 09:51 18697


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumat yayıb.

Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.

Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!