Prezidentdən Allahşükür Paşazadə ilə bağlı sərəncam
26 Avq 2019 08:06
1563

Prezidentdən Allahşükür Paşazadə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Oxşar xəbərlər