Putindən   GÖZLƏNİLMƏZ ADDIM

saytların hazırlanması

Evə çatdırılma

Putindən GÖZLƏNİLMƏZ ADDIM

Siyasət

17 Fevral 2026 22:43 17183


Rusiya Dövlət Duması mobil rabitə ilə bağlı yeni qanun layihəsini ikinci oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, yeni qaydalara əsasən, mobil operatorlar Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi ilə abonentlərə göstərilən xidmətləri dərhal dayandırmalı olacaqlar.

Qanun layihəsində bildirilir ki, bu addım “milli təhlükəsizliyə yönəlmiş potensial təhdidlərdən qorunma” məqsədi daşıyır. Sənədə görə, FSB-dən daxil olan müraciət prezident və hökumət tərəfindən təsdiqlənmiş normativ aktlarda nəzərdə tutulan hallara aid olduqda, operatorlar rabitəni gecikmədən kəsməyə borcludur. pizza mizza

Eyni zamanda qanunda qeyd olunur ki, operatorlar FSB-nin tələblərini yerinə yetirdikləri üçün abonentlər qarşısında müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyət daşımayacaqlar. Yəni xidmətin dayandırılması nəticəsində yaranan problemlərə görə şirkətlərə qarşı iddia qaldırılması mümkün olmayacaq.

Yeni qanunun təhlükəsizlik məqsədi ilə əsaslandırılmasına baxmayaraq, sənəd artıq şəxsi azadlıqlar və rabitə hüquqları ilə bağlı müzakirələrə səbəb olub. Ekspertlər hesab edir ki, bu mexanizm fövqəladə hallarla yanaşı, digər situasiyalarda da tətbiq oluna bilər./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!