“Qadının 90 kilometrdən artıq maşın sürməsi günahdır” – İlahiyyatçıdan maraqlı açıqlama - Video

“Qadının 90 kilometrdən artıq maşın sürməsi günahdır” – İlahiyyatçıdan maraqlı açıqlama
Sent 20, 2019 23:17
Oxunma sayı: 170

Türk ilahiyyatçı Nurəddin Yıldız izləyicinin sualına verdiyi cavabla növbəti dəfə gündəmə gəlib.

"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilahiyyatçı "Sosial Doku Vakfı" youtube kanalında yayımlanan videoda qadınların maşın sürməsinin hansı halda günah sayılmasından danışıb.

Yıldız, qadın izləyicisinin "Sürücülük vəsiqəsi alıb maşın sürsəm, günah sayılarmı?" sualına bu cür cavab verib: "Qadınlar maşın sürə bilər. Lakin, bu məsafə 90 kilometrdən çox olmamalıdır. Əks halda günaha batacaqsınız".

Qeyd edək ki, Yıldız daha öncə "6 yaşında uşaqla ailə həyatı qura bilərsiniz" ; "Qadın aparıcını izləmək qadağandır" və s. kimi iddiaları ilə gündəmə gəlib

Yenisabah.az