“Qalatasaray” “Eyüpspor“u böyük hesabla məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” “Eyüpspor“u böyük hesabla məğlub etdi

İdman

14 Fevral 2026 00:54 747


Türkiyə Super Liqasında XXII tura start verilib.

"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Eyüpspor"u qəbul edib. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib. Dördpendirli pizza

Hesab erkən açılıb. Yunus Akgün fərqlənib. İlk hissənin sonlarında Mauro İkardi adını tabloya yazdırıb. Argentinalı forvard ikinci yarıda öncə dubl, daha sonra het-trik müəllifi olub. Qonaqların gücü yalnız təsəlli topuna çatıb. Metehan Altunbaş fərqlənib. Görüşün sonlarında Ceremi Onqenenin avtoqolu isə yekun nəticəni müəyyənləşdirib - 5:1.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə liderlik edir. "Fənərbaxça" 49 xalla ikinci, "Trabzonspor" 45 xalla üçüncü pillədə qərarlaşıb./Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!