“Qarabağ” 2-ci mərhələni keçsə, “Ayaks”la qarşılaşa bilər

“Qarabağ” 2-ci mərhələni keçsə, “Ayaks”la qarşılaşa bilər
İyul 18, 2019
Oxunma sayı: 113

"Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, təmsilçimiz 2-ci təsnifat mərhələsində  İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdırdığı təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Bu isə o deməkdir ki, iyulun 22-də keçiriləcək püşkatmada “Qarabağ” nisbətən reytinqi yüksək olan komandalardan biri ilə düşəcək. 

Çempionlar Liqası, 3-cü əsnifat mərhələsi

Səpələnmişlər

“Ayaks” (Hollandiya)

“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi

“Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi