“Qarabağ” APOEL-ə qarşı

“Qarabağ” APOEL-ə qarşı
Avq 13, 2019 12:44
Oxunma sayı: 146

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, ölkəmizi qitənin bir nömrəli turnirində təmsil edən “Qarabağ” da bu gün cavab matçına çıxacaq. Komandamız evində Kirprin APOEL kollektivini qəbul edəcək. Matç yerli vaxtla 20:30-da, Tofiq Bəhramov adına stadionda keçiriləcək.

“Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. Komandamız APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

Qeyd edək ki, Kiprdəki görüş Ağdam təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Yenisabah.az