“Qarabağ” dünyanın 100 güclü klubu arasında 
22 May 2020 12:08
168

“Qarabağ” dünyanın 100 güclü klubu arasında 

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, cədvəldə 467 komandanın adı yer alıb.

Siyahıda Azərbaycanın üç klubunun adı var. Ən yaxşı göstəriciyə malik təmsilçimiz “Qarabağ” ilk “yüzlük”də qərarlaşıb. Ağdamlılar 228 xalla 93-cü olmağı bacarıblar. 

42 xala malik “Qəbələ” 256-cı pillədə yer alıb. “Neftçi” isə 305-cidir – 22 xal.

Siyahının lideri 2578 xala malik “Barselona”dır (İspaniya). “Real” (İspaniya) 2572, “Bavariya” (Almaniya) 2072 xalla ilk “üçlük”dədir.

Oxşar xəbərlər