Qarabağ Komitəsi niyə passivləşib? – İlham İsmayıldan açıqlama 

Qarabağ Komitəsi niyə passivləşib? –
Avq 23, 2019 14:51
Oxunma sayı: 97

“Qarabağ Komitəsinin fəaliyyətində passivliyin müşahidə edilməsi yay fəsli ilə bağlıdır, üzvlərimizin çoxu istirahətdədir. Başqa səbəb yoxdur”. 

Bu sözləri “Yeni Sabah”a Qarabağ Komitəsinin üzvü, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib. Onun sözlərinə görə, sentyabr ayında komitənin aktiv fəaliyyətə keçəcək. 

“İlk işimiz Qarabağla bağlı növbəti mitinqin keçirilməsinə nail olmaqdır. Xatırlayırsınızsa, Qarabağla bağlı komitənin ilk mitinqi  ötən il sentyabrın 29-da keçirilmişdi.  

Aksiyaya qəfil icazə verilmişdi. Buna baxmayaraq mitinq uğurlu alınmışdı. O gündən bu günə isə aksiyalara icazə verilmir”,- deyə İlham İsmayıl bildirib.

Komitə üzvü əlavə edib ki, maneələrə baxmayaraq aksiyaların keçirilməsinə nail olmaq üçün səylərini davam etdirəcəklər: “Bu məsələdə geri çəkilmək yoxdur. Yeri gəlmişkən, bu gün Füzuli və Cəbrayılın işğalı ilə bağlı bu rayonların ictimaiyyət nümayəndələrinin və Qarabağ Komitəsinin iştirakı ilə tədbir keçirilib. Orada da bildirilib ki, tədbir keçirildi. Orada da qəti şəkildə bildirildi ki, Qarabağ məsələsində heç bir güzəşt olmamalıdır. Xalqları sülhə hazırlamaq adı altında bizi təslimçiliyə sövq etmək istəyirlər. Amma biz buna imkan verməyəcəyik”.

Yenisabah.az 

Yenisabah.az