“Qarabağ” “Neftçi”ni məğlub etdi - Video

“Qarabağ” “Neftçi”ni məğlub etdi
Sent 15, 2019 23:21
Oxunma sayı: 132

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

"Yeni Sabah" xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Hazırda birinci hissəsi başa çatan "Keşlə" "Səbail" matçında qonaqlar fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. Mirabdulla Abbasov dubl edib. Frutossun 54 -cü dəqiqədəki qolu "Keşlə"yə yetməyib və qonaqlar qələbə qazanıb.

Digər matç isə turun mərkəzi qarşılaşması sayılır. Son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə qarşılaşıb. Ağdam klubu "ağ-qaralar"ı 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"ın qolları Mahir Emreli və Abdulla Zubirdən gəlib.

15 sentyabr (bazar)

18:00. "Keşlə" – “Səbail” - 1:2

Qollar: M. Abbasov, 18, 31 (pen) , L. Frutos, 54

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov

“Bakcell Arena”

20:30. “Qarabağ” – “Neftçi” - 2:0 

Qol: M. Emreli, 31, A. Zubir, 69

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

14 sentyabr (şənbə)

“Sabah” – “Qəbələ” - 0:1

“Sumqayıt” – “Zirə” - 1:2

 

Yenisabah.az