“Qarabağ” – “Partizani” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” – “Partizani” oyununun biletləri satışa çıxarıldı
İyul 11, 2019
Oxunma sayı: 61

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani" ilə cavab oyununun biletlərini satışa çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu saat 21:00-da başlayacaq. Dünən Albaniyada keçirilən ilk qarşılaşmada isə hesab açılmayıb.