“Qarabağ qaziləri”nin futbol oyunu

“Qarabağ qaziləri”nin futbol oyunu

İdman Veb saytların hazırlanması

26 Yanvar 2019 17:39 1239


Ötən il aprel ayında Azərbaycanda “Qarabağ qaziləri” amputant futbol klubu yaradılıb. Klub Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə ərsəyə gəlib.

Komanda yarandığı 9 ay müddətində böyük uğurlar əldə edib. Gürcüstan komandası ilə qarşılaşdıqları hər iki oyunda qalib gəliblər. Bundan əlavə, komanda yanvarın 3-də Avropada birinci, Dünyada isə ikinci olan Türkiyə yığması ilə qarşılaşıb, oyun 4:4 hesablı bərabərliklə başa çatıb. Gələcək yarışlara hazırlaşan klub həftədə 3 dəfə məşqə çıxır. 

“Qarabağ qaziləri” klubu Abşeron Olimpiya İdman Kompleksində məşq prosesi keçiblər. Klubun rəhbəri Rövşən Quliyev bildirib ki, klubu yaratmaqda əsas məqsədləri Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. Onun sözlərinə görə, komanda may ayında Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlaşır. 

Komandanın üzvü, ehtiyatda olan mayor, I qrup Qarabağ əlili İlkin Ziyadov isə deyib ki, dünya ölkələrində bu cür komandalar ümumi əlillərdən yığılır. Ölkəmizdə isə komandanın oyunçuları Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş insanlardır. Qarabağ qazisi hazırda yaşıl meydanlarda döyüşdüklərini söyləyib. 

Azvision.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!