YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Qarabağ” “Şaxtyor”a uduzdu

“Qarabağ” “Şaxtyor”a uduzdu

İdman

26 Yanvar 2019 19:03 561


"Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

“Yeni Sabah” xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna çempionu Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub. “Qarabağ”ın yeganə qolunu oyunun 64-cü dəqiqəsində Abdulla Zubir vurub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalya hazırlığı zamanı  bundan əvvəlki yoxlama görüşlərində “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1).

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!