“Qarabağ“a iki qol vuran futbolçu:  “Xoşbəxtəm“
27 Noy 2020 11:28
661

“Qarabağ“a iki qol vuran futbolçu: “Xoşbəxtəm“

"Sivasspor"un futbolçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Yenisabah.az xəbər verir ki, sözügedən görüşdə dubla imza atan 37 yaşlı hücumçu deyib:

"Komandanın futbolçularının demək olar ki, yarısı yox idi. Təcrübəli oyunçuyam, özümdən kiçik komanda yoldaşlarıma nümunə olmalıyam. İtkilərdən şikayətlənməkdənsə, yoldaşlarımla birlikdə nəsə etməli idik. İki qol vurduğum üçün xoşbəxtəm". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər