“Qarabağ”dan növbəti transfer

“Qarabağ”dan növbəti transfer
İyul 15, 2019
Oxunma sayı: 101

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.

“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Rherras Faycalı heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.