“Qarabağ“ın oyunu estonlara tapşırıldı
10 Dek 2019 11:13
217

“Qarabağ“ın oyunu estonlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Düdelanj" matçının hakim təyinatları açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristo Tohver olacaq. Ona Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Xatırladaq ki, 2010-cu ildən FİFA referisi statusunu daşıyan, beynəlxalq yarışları idarə edən Kristo Tohver karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 21:55-də start götürəcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər