“Qarabağ”ın rəqibi başsız qaldı

“Qarabağ”ın rəqibi başsız qaldı
Sent 17, 2019 14:48
Oxunma sayı: 98

“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Düdelanj" baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb.

“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq təmsilçisinin ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən 52 yaşlı mütəxəssis istefaya göndərilib.

Belə ki, "Düdelanj" 5 turdan sonra 4 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində bu rəqiblə ilk matçını oktyabrın 3-də səfərdə, təkrar oyunu isə dekabrın 12-də evdə keçirəcək.

 

Yenisabah.az