4 İyul - 03:49
“Qərb Rusiyanın parçalanmasını istəmir, çünki...”

“Qərb Rusiyanın parçalanmasını istəmir, çünki...”

Siyasət

25 May 2022 20:58 794


"Qərb Rusiyanın parçalanmasını deyil, zəifləməsini və regional əhəmiyyətli bir olkə statusunda qalmasına çalışır. Rusiyanın hazırkı situasiyada parçalanması, respublikaların müstəqilliyi beynəlxalq təhlükəsizliyi təhdid və ciddi qlobal böhrana yol aça bilər".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı müharibə məhz onun fövqəl dövlət statusu almaqla post-sovet məkanını tam nəzarətə almaq planıdır:

"ABŞ, Böyük Britaniya başda olmaqla, Qərb növbəti səhvi etməyəcək və Kremli ciddi şəkildə zəiflədəcəklər. Rusiyanın daxilində respublikaların müstəqilliyi isə yeni qurulacaq nizamdan sonra, yarana biləcək böhran fonunda baş tuta bilər. Hazırkı mərhələdə və yaxın perspektivdə bu mümkün deyil. Qərbdə bunu istəmir", - deyə M.Əsədullazadə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!