Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

QMİ-də qarşıdurma: Hacı Şahin Şeyxə qarşı
30 Sen 2021 10:14
35932

QMİ-də qarşıdurma: Hacı Şahin Şeyxə qarşı

Azərbaycanın tanınmış din xadimləri arasında qarşıdurma yaranıb. Bu dəfə QMİ rəhbərliyində təmsil olunan şəxslər üz-üzə gəliblər. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə qurumun Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahinin münasibətləri kəskin xarakter almağa başlayıb. Tərəflər aralarındakı narazılığı uzun müddət gizlətməyə nail olsalar da, son günlər konflikt açıq müstəviyə çıxıb.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Şeyxlə Hacı Şahinin üz-üzə gəlməsinin ciddi səbəbləri var. Qurumun vəzifəli şəxslərindən birinin dediyinə görə, Hacı Şahinin adının Paşazadənin yerinə ən şanslı namizəd kimi hallanması onu QMİ-də “arzuolunmaz şəxs”ə çevirib. Təkcə Şeyx və əshabələri deyil, hətta qurumun regionlardakı təmsilçiləri də Hacı Şahinlə soyuq davranmağa başlayıblar.

Mənbə deyib ki, Hacı Şahinin hədəfə götürülməsinin başqa səbəbləri də var. Belə ki, Şeyx və yaxın ətrafı onun siyasi əlaqələr qurmağından, ələlxüsus da dövlət adamları ilə tez-tez bir araya gəlməsindən narahatdır. Sözügedən şəxs QMİ-nin bir rayon üzrə səlahiyyətli nümayəndəsi olmasına rəğmən vaxtaşırı yüksək rütbəli dövlət məmurlarının ailə üzvlərinin, yaxınlarının yas mərasimlərinə qatılmaqla, həmçinin telekanalların, xüsusilə dövlət televiziyasının efirində görünməklə ətrafındakı çəmbəri daha da daraldıb. Hazırda Şeyxlə münasibətləri üzündən QMİ-nin dəhlizlərində ona qarşı soyuq münasibət hökm sürür.

Məlumatlı şəxsin sözlərinə görə, Hacı Şahin özü də yaranmış vəziyyətin fərqindədir. Müsahibimiz deyib ki, o, nəinki geri çəkilmir, əksinə, öz məqsədi uğrunda daha ciddi mübarizə aparır. Hacı Şahinin Şeyxlə məsafə saxladığı, öz təbirincə desək, “QMİ-nin qaranlıq işlərinə” qarışmadığı aşkar müşahidə olunur. “Məşədi Dadaş”ın axundunun ətrafında müasir texnologiyaların “dilindən” yaxşı anlayan komanda formalaşdırdığı bildirilir. Özlərini şərti olaraq “islahatçı dindarlar” adlandıran bu qrupu və onun liderini QMİ-nin dəhlizlərində nadir hallarda görmək mümkündür.

Sonda mənbə deyib ki, İranla Azərbaycan arasında yaranmış gərginlik səbəbilə Şeyxin hədəfə götürülməsi QMİ-də böyük narahatlq yaradıb. Şeyxin göstərişi ilə tanınmış din xadimlərinin hamısı onun müdafiəsinə qalxıb, dəstək xarakterli çıxışlar ediblər. Amma bəlli səbəblərdən Hacı Şahin bu kampaniyaya qoşulmayıb. Şeyxin ən müxtəlif cinahlardan hücuma məruz qaldığı bu həssas dönəmdə Hacı Şahin bir dəfə də onu müdafiə etməyib. Bu fakt tərəflər aarsındakı ziddiyyətləri daha da kəskinləşdirib.

 

  • Firdovsi Amirov
    Firdovsi Amirov
    İnanmıram buda bir oyundu
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər