QMİ sədri: “Azərbaycan bəzi qonşuların böhtançı təbliğatı ilə üzləşib“

QMİ sədri: “Azərbaycan bəzi qonşuların böhtançı təbliğatı ilə üzləşib“

Din

23 Noyabr 2022 11:15 4565


"Təəssüflər olsun ki, Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən revanşizm təzahürləri səngimir, siyasi və dini dairələrində ölkəmizə qarşı nifrət çağırışları, böhtan xarakterli təbliğatlar səsləndirilir".

Yenisabah.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, Mərakeş Krallığının Fəs şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda çıxışı zamanı deyib:

"30 il boyu davam etmiş işğal dövründə biz Azərbaycanda bütün bu çağırış və problemlərlə üz-üzə qalmışıq. Bu gün dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, mənəvi abidələrimizi, məscidlərlə yanaşı digər dini məbədləri bərpa edir, yandırılmış torpaqlarımızı dirçəldir, ərazilərimizi minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır. Təəssüflər olsun ki, Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən revanşizm təzahürləri səngimir, siyasi və dini dairələrində ölkəmizə qarşı nifrət çağırışları, böhtan xarakterli təbliğatlar səsləndirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!