YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Qurban Qurbanov: “Belə oyunlar bizə yalnız fayda verir“

Qurban Qurbanov: “Belə oyunlar bizə yalnız fayda verir“

İdman

26 Yanvar 2019 19:40 579


"Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi və bunu da bu gün meydanda da gördük".

"Yeni Sabah"ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 

47 yaşlı mütəxəssis bildirib ki, bu oyun komandası üçün çox faydalı olub: "Rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli oldu, rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. "Şaxtyor" əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimizi tam yerinə yetirmək üçün icazə vermirdi, amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə yalnız fayda verir".

Qeyd edək ki, bu, "Qarabağ"ın Antalya toplanışında son oyunu olub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!