Ramil Quliyev ikinci dəfə evləndi 

Ramil Quliyev ikinci dəfə evləndi 
Avq 13, 2019
Oxunma sayı: 196

Əslən azərbaycanlı, amma Türkiyəni təmsil edən atlet Ramil Quliyev evlənib.

“Yeni Sabah” xəbər verir ki, bu, dünya çempionu sprinterin ikinci evliliyidir.

Ramilin xanımı da özü kimi idmançı və yüngül atletdir. Rusiyanı təmsil edən Yekaterina Zavyalova isə Olimpiya mükafatçısıdır. O, London-2012 Olimpidasında 800 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Rusiyalı idmançı şəxsi “İnstagram” səhifəsində evlilik mərasimindən fotoları paylaşaraq izdivaclarını elan edib.

Yenisabah.az
Ramil Quliyev ikinci dəfə evləndi