"Real" Modriçlə bağlı qərarını verdi

İyun 14, 2019 14:33
Oxunma sayı: 159

Transfer dönəminin fəal komandası "Real" heyətində də təmizləmə işləri aparacaq.

"Yeni Sabah" xarici mətbuata istinadən məlumatına görə, "kral klub"unun satmağı planlaşdırdığı oyunçulardan biri də Luka Modriçdi.

Transferlərə artıq 303 milyon avro xərcləyən və daha bir neçə oyunçunu almaq istəyən madridlilər bunun üçün oyunçularını da satmalıdı. Rəhbərlik ona gələcək təklifləri dəyərləndirmək qərarına gəlib.

Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

Yenisabah.az