Rəşad Sadıqov “Qarabağ”dan gedir?   - Cavab

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Sadıqov “Qarabağ”dan gedir? - Cavab

İdman

01 İyun 2020 17:44 1484


“Rəşad Sadıqovun karyerasını bitirib-bitirməyəcəyi barədə dəqiq bir söz deyə bilmərəm. Çünki onun özü ilə bu haqda söhbətimiz olmayıb”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl söyləyib.

Ağdam klubu ilə sözləşməsi başa çatan və bir müddət əvvəl yayda karyerasını bitirəcəyini açıqlayan “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla bağlı məsələyə münasibət bildirən Çəlikəl buna mövsümün sonunda aydınlıq gələcəyini bildirib. Toyuqlu pizza

Klub rəsmisi vurğulayıb ki, bütün kollektiv yalnız mövsümün qalan matçlarına köklənib: “Hazırda Rəşad da daxil olmaqla, hamımız çempionatın qalan görüşlərini düşünürük. Rəşad istər məşqçi, istərsə də futbolçu kimi bizə çox fayda verə bilər. İndiyə qədər hər iki sahədə klubumuzda böyük işlər görüb. Bundan sonrası ilə bağlı ən doğru qərarı kapitan özü və baş məşqçimiz verəcək. Mənim istəyimin bu məsələyə bir təsiri yoxdur. Əsas odur ki, Rəşad bu gün bizimlədir və “Qarabağ”ın uğurları üçün çalışır”.

Qeyd edək ki, Rəşad Sadıqov 2009-cu ildən “Qarabağ”ın formasını geyinir. (apasport.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!