Rəsmi İrəvan gələn ildən BCM üzvü olacaq

Rəsmi İrəvan gələn ildən BCM üzvü olacaq

Bölgə Veb saytların hazırlanması

17 Noyabr 2023 17:41 1034


Ermənistan gələn il fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə BCM məlumat yayıb.

"2023-cü il noyabrın 14-də Ermənistan Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiya sənədini rəsmi olaraq saxlanca təqdim edib. Ermənistan üçün bu qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək", - Beynəlxalq Cinayət Məhkəməsinin bəyanatında deyilir.

Ermənistan Nizamnaməyə qoşulan 124-cü iştirakçı dövlət, Şərqi Avropa qrupundan isə 19-cu dövlət olacaq.

Ermənistan Milli Assambleyası oktyabrın əvvəlində 60 lehinə səslə Roma Statutunu ratifikasiya edib. 22 deputat əleyhinə çıxdı, bitərəf qalan olmadı. Oktyabrın 13-də respublika prezidenti Vaaqn Xaçaturyan onun ratifikasiyası haqqında qanunu imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!