Ronaldo ilk milyarder futbolçu oldu
05 İyn 2020 17:15
441

Ronaldo ilk milyarder futbolçu oldu

"Forbes" jurnalı "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun sərvətini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, portuqaliyalı hücumçu milyarder adını qazanan ilk futbolçu olub. Həmçinin, Ronaldo sərvəti 1 milyardı ötən 3-cü idmançı olub. Əvvəllər buna qolfçu Tayqer Vuds və və boksçu Floyd Meyvezer nail olub.

Ronaldonun bu günə qədər qazancının  650 milyon dollarını maaşdan əldə etdiyi bildirilir. Qalan vəsait isə sponsorluq müqavilələrinin payına düşür. 35 yaşlı futbolçu son bir ildə 105 milyon dollar qazanıb ki, bu da onun 2020-ci ildə ən varlı məşhurlar siyahısında 4-cü yerə yüksəlməyinə səbəb olub. (Qol.az )

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər