Rüfət Dadaşov ehtiyyatda qalmasından danışdı

Rüfət Dadaşov ehtiyyatda qalmasından danışdı
Sent 12, 2019 15:04
Oxunma sayı: 82

Almaniyanın “Proyssen” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov “Bild” nəşrinə açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiyaya qarşı keçirdiyi hər iki oyunda ehtiyatda qalan hücumçu bu sözləri deyib:

“Əlbəttə, oynamaq istəyərdim, lakin vətənə səfər etmək də bir təcrübədir, deyə düşünürəm”.

“Proyssen” klubunun baş məşqçisi Sven Hübşer 28 yaşlı futbolçunun Almaniya 3-cü liqasının 8-ci turunda “Viktoriya” ilə qarşılaşacaqları oyunda iştirak edəcəyini söyləyib. 

Qeyd edək ki, “Proyssen” – “Viktoriya” oyunu sentyabrın 14-ündə baş tutacaq.

 

Yenisabah.az