Rusiya klubunun 3 futbolçusunda koronavirus aşkarlandı
07 İyl 2020 12:02
189

Rusiya klubunun 3 futbolçusunda koronavirus aşkarlandı

Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom"un 3 futbolçusu koronavirusa yoluxub.

Yenisabah.az .az xəbər verir ki, bu barədə klubun təmsil etdiyi Tom şəhərinin Operativ Qərargahı məlumat yayıb.

İnfeksiya aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu daha yaxşıdır və onlar ev şəraitində həkim nəzarəti altındadırlar.

Komandanın digər üzvlərinin analizlərinin nəticələri isə mənfi çıxıb. Sportinfo yazır ki, "Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə başa vurub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər