7 Oktyabr - 00:14
Ruslar ölkədən niyə qaçır? - “Mən elə şey görməmişəm”

Ruslar ölkədən niyə qaçır? - “Mən elə şey görməmişəm”

Siyasət

22 Sentyabr 2022 17:43 3033


“Bu, təbii ki, Rusiyanın daxili işidir, ancaq mən hesab etmirəm ki, insanlar səfərbərliklə əlaqədar olaraq Rusiyadan kütləvi surətdə çıxsınlar. Belə bir fakt məndə yoxdur, ona görə də bu məsələyə konkret fikir bildirə bilmərəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AzKP) sədri Rauf Qurbanov deyib.

AzKP sədri Rusiya prezidenti Vladimir Putinin ötən gün elan etdiyi qismən səfərbərlikdən sonra bu gün sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Rusiyanın bir çox dövlətlərlə olan sərhədində və aeroportlarda insanların kütləvi şəkildə ölkəni tərk etmək istədiyi ilə bağlı videolar yayılıb. 

Öz növbəsində, R. Qurbanov bildirib ki, ölkənin Ali Baş Komandanının qərarı bütün vətəndaşlar üçün icra olunmalıdır:

“Əgər Rusiya prezidenti belə bir qərar veribsə, təbii ki, bunun Rusiyada icrası məcburidir.

Məsələn bizdə belə bir şey olsa, biz bu məsələyə necə yanaşarıq? Əgər Ali Baş Komandan səfərbərliklə əlaqədar Azərbaycanda əmr verəsi olsa, azərbaycanlılar ermənilərlə müharibədən çəkilib kənaramı qaçmalıdırlar?! Bu, artıq vətənpərvərlik olmazdı. Bu nöqteyi-nəzərdən də Rusiyada da belədir. Əgər Rusiya prezidenti belə bir qərar verirsə, bu qərar da icra olunmalıdır”.

O, əlavə edib: “Məndə olan məlumata görə, bu qismən səfərbərlikdir. Ona görə də mən elə bir şeyə rast gəlməmişəm ki, Rusiya vətəndaşları kütləvi şəkildə Rusiyadan çıxsınlar. Əksinə, görürəm ki, vətəndaşların özləri könüllü şəkildə hərbi komissarlıqlara gəlib dövlət başçılarının verdiyi əmrə müvafiq hərəkət etmək istəyirlər”.

Milli Məclisin sabiq deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə mövzu haqda qısa danışıb:

“Rusiyada qismən səfərbərlik elan olunub və Rusiya bu müharibədə qələbə çalacaq, bu qədər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!