Saakaşvili Ukraynada yüksək vəzifəyə təyin olunan azərbaycanlıdan yazdı
20 Okt 2019 08:09
380

Saakaşvili Ukraynada yüksək vəzifəyə təyin olunan azərbaycanlıdan yazdı

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, o öz fikrini Facebook səhifəsində paylaşıb.

“Daha bir doğru təyinat. Gündüz mənim vaxtımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə M.Saakaşvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib. /virtualaz.org

Oxşar xəbərlər