Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Saakaşviliyə açıq havada qan köçürüldü
23 Okt 2021 10:58
387

Saakaşviliyə açıq havada qan köçürüldü

Ötən axşam Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze, 12 saylı Rustavi Cəzaçəkmə Müəssisəsini tərk edərkən, Saakaşvilinin vəziyyəti ilə bağlı mətbuata açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun gürcü xidməti məlumat yayıb.

Həkimin sözlərinə görə, Mixeil Saakaşvilinin transfuziyasına (qanköçürmə - red.) ehtiyac yaranıb:

“Bu gün qan analizi aparılıb. Onun parametrlərindən biri yaxşı deyildi, onsuz da mən bunu artıq bilirdim. Buna görə də transfuziya etdim. Sizə bir şeyi demək istəyirəm ki, bu prosedur praktiki olaraq sanitar olmayan yerdə - çöldə həyata keçirildi. Həbsxanada tibb otağı yoxdur. Mənə həbsxanada reanimmobil briqadası kömək edib.”

Həkimin sözlərinə görə, hazırda Saakaşvilinin vəziyyəti stabildir:

“Biz bu gün artıq böhrandan keçmişik, lakin analoji hal sabah da təkrarlana bilər”

Həkim Saakaşvilinin, hökumət tərəfindən, ancaq həbsxana xəstəxanasına aparılmasının təklif olunmasından narazıdır:

“Respublika xəstəxanasının direktoru olanda mənə həbsxana xəstəxanasından çoxlu xəstələr gətirilirdi. İndi niyə belə edirlər?! Mən burada məntiq görmürəm, onu buradan həbsxana xəstəxanasına aparaq?!”

Nikoloz Kipşidzenin sözlərinə görə, şura üzvləri oktyabrın 23-də Mixeil Saakaşvili ilə görüşəcək.

Xatırladaq ki, Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili, oktyabrın 1-dən Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir.

Qeyd edək ki, Mixeil Saakaşvili üç instansiya məhkəməsində sabiq deputat və biznesmen Valeri Gelaşvilini döyməkdə və Sandro Girqvlianinin qətlində təqsirli bilinir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər