“Sabah” müdafiəçisi ilə vidalaşdı
29 İyn 2020 16:10
248

“Sabah” müdafiəçisi ilə vidalaşdı

“Sabah” klubu futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb. 

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. 

Qeyd edək ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.

Oxşar xəbərlər