4 İyul - 04:03
Şarl Mişel Kremlə xəbərdarlıq etdi

Şarl Mişel Kremlə xəbərdarlıq etdi

Siyasət

25 May 2022 22:57 917


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident Mişel “Twitter“də bildirib.

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel vurğulayıb.

Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!