Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sərhəd məsələsində Azərbaycanın gözləntisi - Nazirdən  AÇIQLAMA
02 Dek 2021 21:11
1623

Sərhəd məsələsində Azərbaycanın gözləntisi - Nazirdən AÇIQLAMA

“Azərbaycan ərazilərini işğaldan azad edərək, Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq güc yolu ilə yaratdığı qondarma “reallığı” əvəz edən ədalət və asayişi bərpa edir”.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

XİN rəhbərinin sözlərinə görə, bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildən sonra ilk dəfə sülh əldə edilə bilər:

“Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən görüşü irəliyə doğru mühüm addımdır. Üç lider əvvəllər razılaşdırılmış parametrlərin həyata keçirilməsi ilə bağlı ətraflı və əsaslı müzakirələr aparıb, həmçinin münaqişədən sonrakı normallaşma ilə bağlı gələcək addımları müəyyən edib.

Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məşvərətçi rolu ilə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gözləyir ki, bu sazişlər təxirə salınmadan reallaşacaq və Cənubi Qafqazı daha sabit məkana çevirmək məqsədimizə töhfə verəcək”.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər