26 May - 12:08
Sərhəd toqquşmaları: Tikanlı məftilləri “qıran“ Rusiyadır?

Sərhəd toqquşmaları: Tikanlı məftilləri “qıran“ Rusiyadır?

Siyasət

28 Yan 2022 12:28


Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin yenidən gərginləşməsi Qazaxıstan iğtişalarından sonra diqqətin yenidən Orta Asiyaya yönələcəyi ehtimalı doğrub. Bəzi analitiklərin fikrincə, gərginliyi alovlandıran tərəf Rusiya və məqsəd Qərbi Ukrayna ilə gərginlikdən yayındırmadır.

Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri bildirib ki, böyük ehtimalla bu doğru qənaətdir:

“Rusiya Qazaxıstan hadisələrindən sonra Orta Asiyada nisbətən müstəqil siyasət yürütməyə çalışan dövlətlərə bu cür təzyiqetmə mexanizmi yaratmağa çalışa bilər. Çünki sərhəd toqquşmaları birinci dəfə deyil ki, baş verir. Ancaq başqa bir ehtimalı da diqqətdən qaçırmaq olmaz. Bu məsələdə təkcə Rusiya deyil, eləcə də Rusiyaya rəqib olan Qərb dövlətləri, xüsusilə, ABŞ maraqlı ola bilər. Düşünürəm ki, ABŞ bu gün Ukrayna ətrafında cəmləşmiş Rusiya qüvvələrini parçalamaq üçün bu cür addımlara gedər. Baxmayaraq ki, ABŞ Əfqanıstanı məğlub olaraq tərk edib.

Həmin tərketmənin arxasında hansı geosiyasi niyyətlərin durduğunu kimsə indiyə qədər ortaya çıxarmayıb. Düşünürəm ki, bu gün Əfqanıstan və ətraf regionda özü üçün rəqib olan ölkələrdə xaos rejimi yaratmaq istəyən ABŞ Orta Asiya ölkələri üçün də oxşar ssenari düşünə bilər”.

“Bu rəqbətdə KTMT-nin işlək bir mexanizmi var. İlk dəfə olaraq KTMT qoşunları KTMT üzvü olan Qazaxıstanda sürətli hərbi əməliyyat keçirib. Rusiya bu hərbi mexanizmi inkişaf etdirmək üçün həm Qırğızıstan-Tacikistan mübahisəsindən istifadə edə bilər. Ancaq hər iki ölkə KTMT üzvüdür və baş verən insident hansısa digər ölkənin xarici müdaxiləsi kimi dəyərləndirilməsi eyri-mümkündür”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Youtube kanalımız


Digər xəbərlər