Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Sevinməyən köpəkoğludur“ - Taleh Yüzbəyovdan həmkarlarına irad
14 Yan 2022 15:10
1870

“Sevinməyən köpəkoğludur“ - Taleh Yüzbəyovdan həmkarlarına irad

“Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl çəkdiyi “Zəhər Tuluğu” filmi ilə gündəmə aktyor Taleh Yüzbəyov deyib.

O, filminin reytinqlərdə birinci olduğunu qeyd edib:

“Neçə müddətdən sonra keçən ili sonu "Zəhər tuluğu" filmimizi də böyük ekranlara çıxarda bildik. Şükür çıxan gündən səs-küyə səbəb oldu. İnsanlar filmə baxdılar, tərifləyənlər də oldu, müzakirə edənlər də, bəyənməyənlər də. Bu normaldır. Hamı hər şeyi bəyənməyə məcbur deyil. Biz nə çəkdiyimizi, necə çəkdiyimizi və niyə çəkdiyimizi bilirdik. Filmimiz artıq neçə həftədir ki, Azərbaycanda kinoteatrlarda ən çox baxılan filmdir.

Əlbəttə, bu məni çox sevindirir. Filmdən çıxan insanların mənə xoş sözlər yazırlar. Bu məni lap çox sevindirir. IMDB reytinqimiz 9,4-dür. Hardasa iki minə yaxın səslə. Gördüyün işin bəhrəsini görmək çox xoş hissdir. Xoş olmayan isə sənlə eyni sahədə olan, sənə üzdə dost görünən insanların gizli və ya yarı-gizli aqressiyalarıdır. Biri üstüörtülü status yazıb, bizim filmi və filmimizə gələn tamaşaçını aşağılayır ki, niyə onların filminə getmirlər, biri piktoqrafik status paylaşıb, öz aləmində söz soxur, biri haralarasa gizli məktublar yazır, biri orda-burda dalımızca iyrənc-iyrənc sözlər danışır”.

Aktyor  bəzi həmkarlarının filmdən sonra ona qarşı aqressiyası yarandığını bildirib:

“Bax, sizi başa düşə bilmirəm. Tamaşaçı bəyənməyib status yaza bilər. Bu onun haqqıdır. Siz də bəyənməyə bilərsiniz. Bu sizin də haqqınızdır. Amma belə yarı-yapalaq nifrət püskürmək sizin işiniz deyil. Siz daha yaxşı olmağınızı sözlə yox, işinizlə bildirməlisiniz. Daha yaxşı filmlər çəkin, deyin bax, film belə çəkilməlidir. Sevinməyən köpəkoğludur. Təki iş görün, belə aşağı hərəkətlər yox.

Biz bu filmi dövlət hesabına çəkməmişik. Büdcə vətəndaş vergisindən formalaşmayıb. Özümüzün pulları və sponsorların hesabına yaranıb bu film. Heç kəsə də zorla bilet satmırıq. İnsanlar öz xoşları ilə pullarını verib, filmə baxırlar. Heç kəsi də məcbur etmirik ki, bizə xoş sözlər yazın. Vallah, özləri yazırlar. Çünki həyatda elə şeylər var ki, onları pulla, nifrətlə, paxıllıqla almaq olmur. Bu sevgidir. Tamaşaçı sevgisi. Sizə də həmin sevgidən arzulayıram.

"Atları yəhərləyin" filmində bir səhnə var. Qaçaq Nəbini tuturlar, qoluna qandal vuranda, onu həbs edən adam atdan düşür və deyir ki: "Haqlısan, Nəbi! Düşmən də olsaq haqlısan! Kişinin də qoluna qandalı gərək kişi vursun!"

Xatırladaq ki, “Zəhər tuluğu” filminin baş prodüseri Orxan Mərdandır. Ekran işində Taleh Yüzbəyovla yanaşı Cəlil Cavanşir, Əlixan Rəcəbov, Cavidan Novruz, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Rasim Cəfər, Hüsniyyə Mürvətova və Oqtay Mehdiyev rol alıb.

 


Youtube kanalımız
“Sevinməyən köpəkoğludur“ - Taleh Yüzbəyovdan həmkarlarına irad
  • Şıxıyev Azer Azər
    Şıxıyev Azer Azər
    Son on ilde baxib tesirlendiymiz filim.
    14 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər