26 May - 11:09
Son dəqiqə: Ermənistan Tovuzu atəşə tutdu

Son dəqiqə: Ermənistan Tovuzu atəşə tutdu

Digər

28 Yan 2022 12:59


Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Yenisabah.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.


Youtube kanalımız


Digər xəbərlər