Sosialist əməyi qəhrəmanının evindən oğurluq edən şəxs saxlanıldı
07 Apr 2021 13:41
303

Sosialist əməyi qəhrəmanının evindən oğurluq edən şəxs saxlanıldı

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər