Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Sülhməramlıları gözümüzdə çox böyüdürük“  - Deputatdan mühüm açıqlamalar
28 Okt 2021 16:55
1211

“Sülhməramlıları gözümüzdə çox böyüdürük“ - Deputatdan mühüm açıqlamalar

“Dağlıq Qarabağ köhnə, kifayət qədər mürəkkəb münaqişə idi. 30 il Qarabağın həsrətində idik. Lakin əzmlə bütün dünyaya qarşı mübarizə apardıq. Və istəyimizə nail olduq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri "Müsavat" TV-yə qonaq olan deputat Ceyhun Məmmədov deyib:

“Vətəndaşların narahatlığını anlayıram. Vətən müharibəsindən öncə bəzi insanlar deyirdi ki, Rusiya bizə mübarizə aparamağa imkan verməz. Amma biz apardıq. Bütün dünyaya qarşı mübarizə apardıq. Bizə zaman lazım idi. İndi bu kimi təhlükəsizlik məsələlərini həll edəcəyik".

Deputat Qarabağa qayıdışdan da danışıb:

"İnsanlar burada nə işləyirsə, Qarabağda da eyni işi davam etdirə bilər. Gənc nəsil üçün isə iş yerləri qurulmalıdır. Ağdam sənaye şəhəridir. Orada layihələr var. İnsanlar həmin kəndlərə köçərkən həmin müəssisələrdə işləyəcəklər”.

Ceyhun Məmmədov deyib ki, biz xalq olaraq hər zaman birliyimizi qorumalıyıq:

“Biz xalq olaraq birliyimizi qorumalı, bütün məsələlərdə ayıq olmalıyıq. Çünki bizim düşmənimiz elədir ki, hər zaman bizə həmlə edə bilər. Hazır olmalıyıq və gələcəyə doğru irəliləməliyik.

Zəngəzur dəhizinə yol Cəbrayıl və Füzulidən keçəcək. Həmin bölgələr turizm əhəmiyyətli olacaq. Bu gün Laçın kalidoruna, digər yerlərə nəzarət və yüksəkliklər bizdədir”.

C.Məmədov qeyd edib ki, bəzən biz sülhməramlıları gözümüzdə çox böyüdürük:

“Silahlı dəstələr, Rusiya sülhməramlıları məsələsi də öz hyəllini tapacaq. Burada Türkiyə faktoru da var. Bu gün biz tək hərəkət etmirik. Bu gün bizim nəzarət etdiyimiz çox iş var.

Bəzən biz sülhmərmalıları çox böyüdürük. Unutmayaq ki, bütün nəzarət, ən müasir silahlar bizdədir. İstədiyimizi edərik. Kifayət qədər imkanımız var. Hər bir təxribata qarşısını ala bilərik”.

Deputat qayıdışın siyasi məsələ olduğunu vurğulayıb:

“Qarabağa qayıdış həm də siyasi məsələdir. Bunu tez etməliyik. İnsanlar səbrsizliklə bunu gözləyirlər. Tez-tez müraciətlər olur. Yerdə çadır qurub, yatacaqlarını deyirlər. Lakin ermənilər deyirdilər ki, “azərbaycanlılar Qarabağı unudacaqlar”. Amma elə olmadı.

Yekun sülh razılaşması böyük bir sənəddir. Biz ötən ilin noyabrında müəyyən məsələləri razılaşdıq. Xəritələrin müəyənlşdiriməsi məsələsi, kommunikasiyalarla bağlı məsələlər nizamlanma prosesinin mərhələləridir. Ümümi razılaşma olacaq. Lakin əsas məsələ Zəngəzur dəhlizin açılmasıdır. Moskvadakı görüşdən sonra növbəti mərhələyə qədəm qoyacağıq”.

Nəzrin Vahid

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər