Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
28 Okt 2021 17:24
471

Suraxanıda şəhid məzarı başında anıldı - Fotolar

Tarixi zəfərlə başa çatan Vətən müharibəsinin qəhrəmanı Orucov Səbuhi Vahid oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.

Yenisabah.az xəbər verir ki, anım günü münasibətilə Şəhidin Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Səbuhi Orucova və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmiş ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

Mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Səbuhi Orucovun timsalında bütün Şəhidlərimizə rəhmət diləmişlər.

Həmçinin, tədbirdə Şəhidimiz Səbuhi Orucovun məzun olduğu 87 №li tam orta məktəbin və 226 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Şəhidimiz Səbuhi Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Suraxanıda şəhid məzarı başında anıldı  - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər