Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Suriyada 6 azərbaycanlı öldürüldü
28 Okt 2021 17:02
923

Suriyada 6 azərbaycanlı öldürüldü

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.

Yenisabah.az xəbər verir ki, “Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar “Əl Qaidə”yə bağlı “Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.

“Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.

“Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, “Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.

Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır. (Modern.az) 

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər