YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
TƏBİB Xalq artisti ilə bağlı məlumat yaydı

TƏBİB Xalq artisti ilə bağlı məlumat yaydı

Mədəniyyət

30 Avqust 2022 21:57 1749


Xalq artisti Ənvər Həsənov 28.08.2022-ci il tarixində  bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məkumat yayıb.

Bildirilib ki, xalq artistinə mümkün ilkin müayinələr göstərilib və nəzarətə götürülüb. Eyni zamanda, müayinələrin növbəti gedişatının müəyyən edilməsi məqsədilə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilməsi planlaşdırılıb. Ə.Həsənovun özəl xəstəxanalardan birinə köçürülməsi üçün ondan COVID-19-la bağlı test götürülüb və nəticəsinə uyğun olaraq qərar veriləcək.

Qeyd edək ki, xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!