Türkiyə klubunun 9 futbolçusu koronavirusa yoluxdu
14 Avq 2020 21:57
446

Türkiyə klubunun 9 futbolçusu koronavirusa yoluxdu

Türkiyənin “Menemenspor” klubunda 10 nəfər koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Testi müsbət çıxanlardan doqquzu akademiyanın futbolçusu, biri isə klubun işçisidir. Yoluxan şəxslər öz evlərində karantinə alınıblar.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma qeydə alınıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər